İdman

Yunanıstan çempionatında qalmaqal

18 May 2017 20:18
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan çempionatında pley-off mərhələsinin oyunları keçirilir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, dünən baş tutan "Panathinaikos" - PAOK oyunu yarımçıq saxlanılıb. Tribunadan atılan pivə butulkası qonaqların baş məşqçisi Vladimir İviçə xəsarət yetirib. İviç xəstəxanaya aparılıb.

Azarkeşlər arasında qarşıdurma matçın 51-ci dəqiqəsində alovlanıb. PAOK-dan Amr Varda meydandan qovulandan sonra daha 2 futbolçu qırmızı vərəqə alıb. Hakim 55-ci dəqiqədə oyunu saxlamağa məcbur olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.