İdman

Azərbaycan daha bir QIZIL qazandı - YENİLƏNİB

17 May 2017 20:57
Baxış: 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:57

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan daha bir qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) taekvando yarışlarında final mərhələsində Türkiyə təmsilçisi Yunus Sarı ilə qarşılaşıb.

Rəqibindən üstün olan idmançımız İslamiadanın qızıl medalına sahib olub - 9:4.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

---------

20:46

IV İslam Həmrəyliyi Oyunlarında daha bir taekvandoçumuz finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Rio Olimpiadasının bürünc medalçısı Milad Beigi Hərçəqani (80 kq) İslamiadanın finalına yüksəlmək üçün iranlı Əlireza Dərvişpurla üz-üzə gəlib.

Azərbaycan idmançısı rəqibinə 24:4 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.