İdman

Boksçumuz döyüş keçirmədən finala vəsiqə qazanıb

17 May 2017 21:03
Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

23 yaşlı idmançı yarımfinal səddini döyüş keçirmədən adlayıb. Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Qeyd edək ki, Rəhimov finala yüksələn 5-ci boksçumuz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.