İdman

Kamran Şahsuvarlı yarımfinala yüksəldi

16 May 2017 20:25
Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında 1/4 final mərhələsi başa çatıb.

Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.

75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib. Yusifzadə görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Bununla da, 1/2 finala vəsiqə qazanan Azərbaycan boksçularının sayı 7-yə çatıb. Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla aşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.