İdman

Marina Nekrasova: "Azərbaycan himni səslənəndə qəlbim sevinclə dolur" - FOTO

16 May 2017 19:38
Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam Həmrəyliyi Oyunları çərçivəsində İdman gimnastikası üzrə komanda hesabında qızıl medal, tirdə hərəkətlər və dayaqla tullanmada isə iki gümüş medal qazanan Azərbaycan idmançısı Marina Nekrasova öz uğurlarını gələcəkdə də inkişaf etdirəcək.

Milli.Az bildirir ki, idmançı Trend-ə açıqlamasında bildirib ki, əldə etdiyi nəticələr onu beynəlxalq səviyyədə qələbələrə daha da ruhlandırır:

"Biz Bakıda keçirilən İslamiadaya çox hazırlaşmışıq. Bütün çətinliklərə baxmayaraq - mən hətta xəsarət almışdım, bu gün xoşbəxtik ki, uğurlu çıxışlarımızla azarkeşlərin etimadını doğrultduq. Azərbaycanın bayrağı qalxanda və himni səslənəndə qəlbim sevinclə dolur".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.