İdman

Üzgüçümüz İslamiadada 4-cü qızıl medalını qazandı - YENİLƏNİB

16 May 2017 19:13
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:13

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 4-cü qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 800 m məsafəyə sərbəst üsulla üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 7:54.34 olub.

İkinci yeri İndoneziya üzgüçüsü Aflah Pravira, üçüncü yeri isə türkiyəli Ediz Yıldırımer tutub.

-----------

18:13

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü 3-cü qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 200 m məsafəyə batterflay üsulu ilə üzmə yarışında təmsilçimiz Maksim Şemberyov bütün rəqiblərini geridə qoyub.

Onun finaldakı nəticəsi 1:57.72 olub.

Gümüş və bürünc medallara müvafiq olaraq türkiyəli üzgüçülər Kaan Özcan və Samet Alkan sahib olublar.

Xatırladaq ki, bundan öncə təmsilçimiz M.Şemberyov İslamiadada 1500 m məsafəyə sərbəst üsulla və 400 m məsafəyə fərdi kompleks üsulu ilə üzmə yarışlarında qızıl medal əldə etmişdi.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.