İdman

Azərbaycan atıcısı İslamiadada 4-cü qızıl medalını qazandı - YENİLƏNİB

16 May 2017 15:30
Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:30

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.

İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

-----------

14:15

Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma yarışının finalına yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimizin göstəricisi 574 xal olub.

Digər atıcılarımız Rəsul MəmmədovTahir Ağazadə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.