İdman

Bebetonun oğlu Lissabon klubunda

16 May 2017 13:23
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lissabon "Sportinq"i heyətini gənc yarımmüdafiəçi ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "yaşıl ağlar" "Estoril"dən 22 yaşlı Matteus Oliveyranı heyətə cəlb edib. Onunla 2022-ci ilin yayına kimi müqavilə imzalanıb. Oliveyra üçün buraxılış qiyməti 60 milyon avro təyin olunub. Bu futbolçunu "Benfika" da istəsə də, o, "Sportinq"i seçib. Braziliyalı havbek 2014-cü ildən Portuqaliyada top qovur. Geridə qalan mövsümdə 26 oyunda meydana çıxan Matteus 2 qol, 2 məhsuldar ötürmənin müəllifi olub.

Qeyd edək ki, Matteus Oliveyra Braziliya millisinin sabiq hücumçusu Bebetonun oğludur. Bebeto övladının adını Lotar Matteusun şərəfinə qoyub. Oliveyra ilk dəfə doğulandan 2 gün sonra gündəmə gəlmişdi. 1994-cü il dünya çempionatının 1/4 finalında Hollandiyanın qapısına yol tapan Bebeto komanda yoldaşları ilə qol sevincini simvolik uşaq yelləmək jesti ilə bölüşmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.