İdman

Baş məşqçi: "İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastlarının çıxışlarından çox razıyam"

16 May 2017 09:15
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumiyyətlə, mən İslam Həmrəyliyi Oyunlarında Azərbaycan gimnastlarının çıxışlarından çox razıyam.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Rza Əliyev bildirib.

Baş məşqçinin sözlərinə görə, birinci və ikinci günlər bir qədər uğursuz olub: "Çox yıxılmalar oldu. Amma bu gün bizim gimnastlar özlərini toparlayıb və ləyaqətlə çıxış etdilər. Təəssüf ki, Murad Ağarzayevin tullanışı alınmadı. Qalan beş alətdə isə gimnastlar planlaşdırılanı etdilər. Mən onların çıxışından çox razıyam".

Azərbaycanlı gimnast Timur Bayramovun çıxışı barədə danışan baş məşqçi bildirib ki, əvvəlcə onu yığmaya salmaq planlaşdırılmırdı: "Amma o yoxlama məşqlərdə özünü yaxşı göstərdi. Biz onu milli komandanın tərkibinə qatdıq və o tirlərdə bürünc medal qazandı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.