İdman

Argentinalı futbolçu karyerasını başa vuracaq

15 May 2017 23:48
0 Şərh     Baxış: 574

"Malaga"nın müdafiəçisi Martin Demiçelis mövsümün sonunda karyerasını başa vurmaq  fikrindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bu mövsüm cəmi 12 oyunda meydana çıxa bilib və yadda qalan fəaliyyəti olmayıb. Demiçelis karerası ərzində "River Plate", "Bayern Munich", "Atletico Madrid", "Espanyol" və "Manchester City"də forma geyib. O, əsas uğurlarını "Bavariya"nın heyətində qazanıb. Münhen klubunun heyətində 4 dəfə Bundesliqanın qalibi olmaqla 4 dəfə də Almaniya kubokunu başı üzərinə qaldırıb. Argentina millisi ilə 2014 mundialının gümüş mükafatçısı olub.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.