İdman

Bakı-2017: Daha iki qızıl medal gimnastikadan gəldi

15 May 2017 19:15
Baxış: 571

Azərbaycan gimnastı Yuliya İnşina Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təmsilçimiz finalda 13.100 bal toplayıb.

Gümüş medala 13.050 balla Türkiyə idmançısı Göksu Üçtaş Şanlı, bürünc medala isə digər türkiyəli gimnast Demet Mutlu yiyələnib - 12.700 bal.

Bundan başqa, idman gimnastımız Bense Talas dəstəli at üzərində hərəkətlərin yekunu üzrə 14.250 bal toplayaraq birinci olub.

İkinci yeri iranlı Səidrza Keyha (14.200), üçüncü yeri isə qətərli Əhməd əl-Dayani (13.600) tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.