İdman

"Qarabağ" "Barselona" və "Bavariya" ilə qarşılaşa bilər

15 May 2017 11:56
0 Şərh     Baxış: 1 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Gənclər Liqasında çıxış edəcək "Qarabağ"ın 27 potensial rəqibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tarixində ilk dəfə bu yarışda çıxış edəcək Ağdam təmsilçisinin U-19 komandasının mümkün rəqibləri iki qrupa bölünür.

Azərbaycan millisinin və "Qarabağ"ın əsas komandasının kapitanı Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19-un rəqibləri, ilk növbədə, özünün harada oynamasından asılıdı. Söhbət komandanın Çempionlar yolu və ya Çempionlar Liqası yolunda oynamasından gedir.
 
"Qarabağ"ın əsas komandası qitənin ən nüfuzlu klub turnirində qrupa qədər irəliləsə, U-19 da qrupda çıxış edəcək. Burada iştirak edəcək 32 komandadan 15-i bəllidi. Bunlar "Real" (İspaniya), "Barselona" (İspaniya), "Atletiko" (İspaniya), "Bavariya" (Almaniya), "Leypsiq" (Almaniya), "Çelsi" (İngiltərə), "Tottenhem" (İngiltərə), "Monako" (Fransa), PSJ (Fransa), "Spartak" (Moskva, Rusiya), "Benfika" (Portuqaliya), "Porto" (Portuqaliya), "Şaxtyor" (Ukrayna), "Feyenoord" (Hollandiya)  və "Bazel" (İsveçrə) komandalarıdı.
 
Əsas komandası qrupa çıxmasa, U-19 Çempionlar yolunda mübarizə aparmalı olacaq. Buradakı mümkün 31 rəqibdən 15-i bəllidi. Bunlar "Krasnodar" (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), "Anderelxt" (Belçika), "Bursaspor" (Türkiyə), APOEL (Kipr), "Lokomotiva" (Xorvatiya), "Hammarbü" (İsveç), "Molde" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Ludoqorets" (Bolqarıstan) və "Breydablik" (İslandiya) klublarıdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.