İdman

Bakı-2017: Paracüdoçularımızdan 3 qızıl medal gözləyirik

14 May 2017 14:57
0 Şərh     Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında paracüdoçuların yarışı davam edir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan idmançımız Elçin Talıbovun ilk rəqibi özbəkistanlı Utkirjon Niqmatov görüşə çıxmadığı üçün təmsilçimizə texniki qələbə verilib. İkinci görüşündə E.Talıbov Türkiyə təmsilçisi Rəcəp Çiftçini 2:0 hesabı ilə məğlub edib. Sonra əlcəzairli Mohammed Kamel Bellabasa ipponla qalib gələn paracüdoçumuz finalda digər təmsilçimiz - Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayevla qarşılaşacaq.

73 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016-nın çempionu Ramil Qasımov Türkiyə idmançısı Serdar Aydın üzərində ipponla qələbə qazanıb. Finalda onun rəqibi özbəkistanlı Feruz Sayidov olacaq.

100 kq-da çıxış edən Kənan Abdullaxanlı da Türkiyə paracüdoçusu Dursun Hayranla qarşılaşıb. Cüdoçumuz rəqibindən üstün olaraq finala yüksəlib.

Bu çəki dərəcəsində ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev ilk görüşündə İran idmançısı Ehsan Musanezhadkarmozdiyə qalib gəlsə də, təəssüf ki, ikinci görüşdə Özbəkistan idmançısı Şirin Şaripova məğlub olub.

Digər paracüdoçularımız Natiq Talıbov (73 kq), Rövşən Səfərov və Tofiq Məmmədov (hər ikisi 90 kq) ilk görüşdə uduzublar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.