"Həlledici görüşüm çox pis keçdi. Halbuki o rəqibi Antalyadakı Qran Pridə udmuşdum".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycanın qadın cüdoçusu Nəzakət Əzizova deyib.
N.Əzizovanın sözlərinə görə, uduzmasının səbəbi aldığı zədədir: "Çiynimdən zədə aldım. Həm də görüşün əvvəlində yox, axırda işlədim. Sondakı kimi işləsəydim, udardım. Bundan sonra Avropa və dünya çempionatı gəlir. Növbəti yarışlarda qalib gələrək, bayrağımızı qaldırmaq isətəyirəm".
Qeyd edək ki, Nəzakət Əzizova finalda türkiyəli İrem Korkmaza uduzub.
Milli.Az