İdman

Bakı-2017: Bu gün cüdoçularımız 9 qızıl medal qazana bilərlər - FOTO

13 May 2017 16:17
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına start verilib.

Milli.Az Azərbaycan Cüdo federasiyasına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə cüdoçular 7 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparırlar. Bu gün kişilərin mübarizəsində 60 kq, 66 kq və 73 kq, qadınlarda 48 kq, 52 kq, 57 kq və 60 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Artıq milli komandamızın 9 üzvü adını finala yazdırıb. Kişilərdən ibarət millimizin üzvlərindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) çempionluq üçün mübarizə aparacaq. Finalda Orxan Səfərov Türkiyə təmsilçisi Bəkir Özlü, Nicat Şıxəlizadə əlcəzairli Houd Zourdani ilə qarşılaşacaq. 73 kq çəki dərəcəsinin finalında isə Azərbaycan dueli olacaq. Hidayət Heydərovla Rüstəm Orucov bu çəkinin qalibini müəyyənləşdirəcək.

Qadınlardan isə Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, final görüşlərinə saat 18:00-da start veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.