İdman

"Mançester Yunayted"dən ilk, "Ayaks"dan yubiley

12 May 2017 13:05
1 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubu ilkə imza atıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının finalına yüksələn komanda tarixində ilk dəfə bu yarışın həlledici matçına çıxacaq.

Kifayət qədər titul sahibi olan mançesterlilər digər avrokubok yarışlarında uğur qazansa da, əvvəl Yarmarkalar kuboku, ardınca UEFA kuboku, indi isə Avropa Liqası adlanan turnirdə final görməyib. İlk finalında "Ayaks"la görüşəcək İngiltərə klubu ümumilikdə 7-ci dəfə kubokun bir addımlığındadı.
 
"Mançester Yunayted" 5 dəfə Çempionlar Liqası, 1 dəfə Kuboklar kubokunda final oynayıb. Birinci turnirdə 3, digərində isə yeganə matçda qələbə onlara 4 kubok qazandırıb. Mançesterlilərin sonuncu belə matçı 2009-cu ildə uduzduqları Çempionlar Liqası finalı olub.
 
"Ayaks" isə 10-cu dəfə final oynayacaq. Onlar 6 dəfə Çempionlar Liqası, 2 dəfə Kuboklar Kuboku və 1 dəfə Avropa Liqasında bunu bacarmışdı. Hər üç yarışda qalib olan Hollandiya təmsilçisi 6 kubokdan 4-nü qitənin ən nüfuzlu klub turnirində qazanıb.
 
Amsterdam təmsilçisi sonuncu dəfə finalda 21 il əvvəl, Çempionlar Liqasının həlledici matçında uduzduğu vaxt oynayıb. UEFA kubokundakı yeganə final isə 1992-ci ilə təsadüf edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.