İdman

Güləşçilərdən 5 medal

1 May 2017 11:29
0 Şərh     Baxış: 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikasının İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə güləşçilər arasında 20-ci beynəlxalq turnir keçirilib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirdə yeniyetmə qızlardan ibarət yığma komandamızın üzvləri iştirak edib. Güləşçilərimiz turniri 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. 

Bütün rəqiblərindən üstün olan Şahanə Nəzərova (38 kq) və Ayşən Yusifova (40 kq) turnirin qızıl medalını qazanıb. 49 kq-da mübarizə aparan Sevinc Əhədova gümüş medala yiyələnib. Bürünc medalları isə yığmamıza Yasəmən Məcidli (43 kq) və Jalə Əliyeva (56 kq) qazandırıb. 

Məlumat üçün bildirək ki, böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yığma komandanın 10 üzvü aprelin 21-dən Bursa şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışında iştirak edib. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.