İdman

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır

1 May 2017 10:43
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iyunun 20-də keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq 19 komandanın adı bəllidi.

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
 
Səpələnmişlər sırasında yer alacaq "Qarabağ"ın mümkün rəqiblərindən üçü dəqiqdi. Bunlar Gürcüstan "Samtredia"sı, Latviya "Spartak"ı və Finlandiya "Mariehamn"ıdı. Onlardan başqa Makedoniya, Bosniya və Herseqovina, Lüksemburq və Monteneqro çempionları da Ağdam təmsilçisinin rəqibləridi.
 
Ötən həftəsonu çempionluğu bayram edən Malta "Hibernians"ı və Şimali İrlandiya "Linfild"i I təsnifat mərhələsində mübarizə aparacaq ki, onlar da "Qarabğ" üçün potensial rəqibdi. Ümumilikdə isə təmsilçimizin 8 belə mümkün rəqibi məlumdu. Qızıl medalları yeni qazanan daha bir komanda İsrail "Hapoel"i (Beyer Şeva) isə səpələnmiş olduğundan II təsnifat mərhələsində çempionumuzla üz-üzə gələ bilməz.
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
 
Səpələnmişlər 
"Seltik" (Şotlandiya) - 42,785
BATE (Belarus) - 29,475
"Qarabağ" (Azərbaycan) - 18,050
"Malmö" (İsveç) - 16,945
"Astana" (Qazaxıstan) - 16,800
"Rusenborq" (Norveç) - 12,665
"Hapoel" (Beyer Şeva, İsrail) - 10,875
Xorvatiya çempionu
Avstriya çempionu
Danimarka çempionu
Serbiya çempionu
 
Səpələnməmişlər
Mariehamn" (Finlandiya) - 2,030
"Spartak" (Latviya) - 1,975
"Samtredia" (Gürcüstan) - 1,525
Makedoniya çempionu
Bosniya və Herseqovina çempionu
Lüksemburq çempionu
Monteneqro çempionu
I təsnifat mərhələsinin 2 qalibi
 
Qeyri-müəyyənlər
"Hafnarfyordur" (İslandiya) - 6,175
"Jalgiris" (Litva) - 5,825
"Dandalk" (İrlandiya) - 5,815
"Jilina" (Slovakiya) - 5,850
Kipr çempionu
Polşa çempionu
Sloveniya çempionu
Bolqarıstan çempionu
Albaniya çempionu
Moldova çempionu
Macarıstan çempionu
I təsnifat mərhələsinin 3 qalibi
 
I təsnifat mərhələsi
Səpələnmişlər 
TNS (Uels) - 5,775
"Vikinqur" (Farer adaları) - 2,950
"Linfild" (Şimali İrlandiya) - 3,650
 
Səpələnməmişlər
"İnfonet" (Estoniya) - 1,300
San-Marino çempionu
Kosovo çempionu
 
Qeyri-müəyyənlər
"Hibernians" (Malta) - 2,800
Ermənistan çempionu
Andorra çempionu
Cəbəllütariq çempionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.