İdman

İslamiada: Futbol millimizin yekun heyəti açıqlandı

30 Aprel 2017 19:41
0 Şərh     Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə yekun siyahıda 23 futbolçunun adını qeyd edib. Siyahıda ən çox oyunçu ilə "Qarabağ" təmsil olunub. Çempionun 5 futbolçusu millinin şərəfini qoruyacaq. "Sumqayıt" və "Neftçi"nin isə 4 üzvü Yaşar Vahabzadənin sərəncamında olacaq. "Qəbələ" və "Zirə"dən 3, "Kəpəz"dən 2 oyunçu milli komanda üçün tər tökəcəksə, legioner həyatı yaşayan sadəcə 1 futbolçu milliyə dəvət alıb. Maraqlıdı ki, çempionatın bürünc medalçısı "İnter"in heç bir oyunçusu milli məşqçilərinin diqqətini çəkməyib.

Qapıçılar: Emil Balayev ("Səbail"), Şahrudin Maqomedaliyev ("Qarabağ"), Tərlan Əhmədli ("Sumqayıt")

Müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı "Neftçi"), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi "Sumqayıt"), Tellur Mütəllimov ("Qəbələ"), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi "Zirə")

Yarımmüdafiəçilər: Fəhmin Muradbəyli ("Neftçi"), Mirabdulla Abbasov ("Suqmayıt"), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ"), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi "Qəbələ"), Vüqar Mustafayev ("Zirə"), Azad Kərimov, Orxan Əliyev (hər ikisi "Kəpəz"), Elnur Cəfərov ("Duqopolye" Xorvatiya)

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi "Qarabağ")

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.