İdman

Səfir: "Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar"

30 Aprel 2017 17:24
Baxış: 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gimnastların Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qazandığı təcrübə onlara gələcək irimiqyaslı yarışlarda kömək edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda gimnastika yarışlarına tamaşa edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku deyib.

Diplomat bu turnirdə rumın gimnast Ana Luiza Filiorianunun top və gürzlərlə hərəkətlərdə finala çıxdığını, bunun da çox yaxşı nəticə olduğunu vurğulayıb.

O, yarışların təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib: "Rumın gimnastlar Milli Gimnastika Arenasında yaradılmış şəraitdən çox razıdırlar".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.