İdman

Belarus səfiri: "Bakıda idmançılara yaradılmış şərait ən yüksək nailiyyətlər qazanmalarına imkan verir"

30 Aprel 2017 16:40
Baxış: 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda idmançılar üçün yaradılmış şərait və əla atmosfer onların yüksək nailiyyətlər qazanmalarına imkan verir.

Milli.Az bildirir ki, bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarşılarını izməyə gəlmiş Belarusun Azərbaycandakı səfiri Genadiy Axramoviç deyib.

Səfir Belarus gimnastlarının bu yarışlarda medal qazanmalarından sevinc hiss etdiyini deyib.

Diplomat əlavə edib: "Bu gün Milli Gimnastika Arenasında gözəl bir həftə sonu keçiririk və bundan böyük bir zövq alırıq. Yarışların təşkilatçılarına yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzu edirik".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kubokunun üçüncü - sonuncu günündə fərdi gimnastların halqa, top, gürzlər və lentlə, eləcə də qrup komandalarının 5 halqa, 3 top və 2 iplə hərəkətləri üzrə final yarışları keçirilir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.