İdman

Bolqarıstan komandası: "Bakıda qalib gəlməyimizə çox şadıq"

29 Aprel 2017 20:57
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yarışın qalibi olmaq böyük xoşbəxtlikdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə bədii gimnastika üzrə Bolqarıstan komandasının nümayəndəsi Laura Traats deyib.

Qeyd edək ki, Bolqarıstan komandası cümə günü Bakıda Dünya Kubokunda qızıl medal qazanıb.

"Biz çox şadıq. Biz bunun üçün xeyli gəlmişik. Ona görə də bizim xoşbəxtliyimizin həddi yoxdur", - Traats deyib.

Gimnastın sözlərinə görə, onun komandası son vaxtlar təcrübə baxımından çox artırıb və onlar Avropa Çempionatında yüksək nəticələrə ümid edirlər.

"Bakı, şübhəsiz qarşıdakı startlara stimul olacaq", - Laura Traats bildirib.

O, qeyd edib ki, Bolqarıstan gimnastlarının turnirin təşkilatından və tamaşaçıların səmimi qəbulundan çox xoşları gəlib.

Gimnast bildirib ki, onlar bilir və çox şaddılar ki, Azərbaycan yığmasını bolqar Mariana Vasileva çalışdırır.

"O, çox təcrübəlidir və bəzən hansısa məsləhətlər verə bilər. Soydaşlarımızın uğurlarını görmək bizi motivasiya edir", - Traats bildirib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.