İdman

Tamaşaçı: "Azarkeşlərin dəstəyi gimnastların uğurunda böyük rol oynayır"

29 Aprel 2017 17:30
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azarkeşlərin dəstəyi gimnastların uğurunda böyük rol oynayır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə bədii gimnastika üzrə Dünya Kubokunu izləməyə gəlmiş tamaşaçı Sevda Əliyeva deyib.

O, gimnastların çıxışını böyük maraqla izlədiyini deyib.

S.Əliyeva bildirib ki, ən çox gürcüstanlı gimnast Viktoriya Şelia və gənc azərbaycanlı gimnast Zöhrə Ağamirovanın çıxışlarını bəyənib: "Mən bədii gimnastikanı çox sevirəm. Bu, çox incə idman növüdür".

S.Əliyevanın sözlərinə görə, yarışlarda nümayiş etdirilən çarxlar çox maraqlı və yaradıcıdır: "Əsas odur ki, bu çarxlar gimnastikanın mahiyyətini təqdim edir".

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.