İdman

Gürcüstan gimnastı: "Bakı gözəl şəhərdir və burada çıxış etmək hər zaman xoşdur"

29 Aprel 2017 16:49
Baxış: 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı gözəl şəhərdir və burada çıxış etmək hər zaman xoşdur.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə gürcüstanlı gimnast Viktoriya Şeliya deyib.

O, Bakıda tez-tez olduğunu və bu şəhəri çox sevdiyini deyib.

Bugünkü çıxışı haqqında danışan gimnast nəticələrdən elə də razı qalmadığını deyib: "Mən dünən daha inamlı çıxış etdim. Bu gün isə lentlə hərəkətlərdən razıyam, gürzlərlə isə daha yaxşı ola bilərdi".

O qeyd edib ki, gələcək yarışlarda daha yaxşı nəticə göstərməyə çalışacaq: "Növbəti yarış Avropa çempionatıdır. Orada Bakıda və Daşkənddə əldə etdiyim nəticələrdən daha yaxşı çıxış etməyə çalışacağam".

Onun sözlərinə görə, bu yarışlarda çox güclü gimnastlar iştirak edirlər: "Mənim ən sevimli komandam isə həm fərdi, həm də qrup hərəkətlərdə Bolqarıstandır. Mən onlara azarkeşlik edirəm".

Bu gün Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək.

Finallar isə turnirin son günü keçiriləcək.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.