İdman

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:28
1 Şərh     Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Latviyanın Riqa şəhərini təmsil edən "Skonto" klubu satışa çıxarılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Latviya Futbol Federasiyasının cümə günü keçirilən konqresində klubun satışa çıxarıldığı elan olunub.
Məbləği açıqlanmayan paketdə hazırda futbolçulara məxsus olan "Skonto" əmtəə nişanının alınması təklif olunur.
Bildirilir ki, klubun borcları "Skonto"nun yeni sahibinə aid edilməyəcək.
Ötən ilin dekabrında məhkəmə "Skonto"nu ödəniş qabiliyyəti olmayan klub elan edib.
"Skonto" 14 dəfə Latviya çempionu olub və 8 dəfə ölkə kubokuna sahib çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.