İdman

"Son illərdə "Milan"ın heç bir baş məşqçisi məndən yaxşı olmayıb"

28 Aprel 2017 23:01
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın sabiq futbolçusu və çalışdırıcısı Filippo İnzaqi məşqçilik işi barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis özüü son illər "rossoneri"nin ən uğurlu baş məşqçisi hesab etdiyini bildirib.

"Məşqçilik futbolçu olmaqdan daha çətindir. Əvəzində nailiyyətlərdən daha çox həzz alırsan. Ən xoş olan sonda qazanılan qələbədir. İşimdən və futbolçularla münasibətimdən həzz alıram. Keçmiş barədə düşünmürəm. "Milan"da çətinliklrim olmuşdu. Amma inamımı itirmirdim və mübarizə aparırdım. Klubun problemləri var. Son illərdə orda heç bir baş məşqçi məndən yaxşı olmayıb. Hətta 100 milyon avro sərf olunub heyət gücləndiriləndən sonra da. Əgər mənə vaxt verilsəydi, öz izimi qoya bilərdim".

Qeyd edək ki, İnzaqinin hazırda çalışdırdığı "Venezia" klubu C Seriyasında çempion olaraq növbəti mövsüm B Seriyasına vəsiqə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.