İdman

"Spartak"ın oyunçusu karyerasını Türkiyədə davam etdirəcək

28 Aprel 2017 23:18
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Spartak"ın müdafiəçisi Serdar Taşçı karyerasını tarixi vətəni Türkiyədə davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "Trabzonspor"la ilkin razılıq əldə edib. Almaniyalı oyunçunun Trabzon təmsilçisinə pulsuz başa gələcəyi dəqiqdir. Onun "qırmızı ağlar"la cari müqaviləsi mövsümün sonunda bitəcək. Taşçının yeni klubunda məvacibi "Spartak"da olduğu kimi 2.5 milyon avro təşkil edəcək. Müdafiəçinin performansından asılı olaraq bonuslar da nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.