İdman

"Bavariya" futbolçunun müqaviləsini yenilədi

28 Aprel 2017 23:27
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya" ispaniyalı yarımmüdafiəçi Tyaqo alkanhtaranın müqaviləsini yeniləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər 2021-ci ilin yayına kimi nəzərdə tutulmuş müqavilənio imzalayıb.

"Bavariya" mənim ailəmdir. Münhendə özümü evdəki kimi hiss edirəm. Gələcəkdə bu klubla daha çox titullar qazanmaq arzusundayam" - 26 yaşlı futbolçu qeyd edib.

Tyaqo "Bavariya"ya 2013-cü ildə "Barselona"dan keçib. O, katalon klubunun yetirməsi hesab olunur. Tyaqonun qardaşı Rafinya Alkantara karyerasını "Barsa"da davam etdirir. O, qardaşından fərqli olaraq Braziliya millisini seçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.