İdman

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

28 Aprel 2017 14:27
2 Şərh     Baxış: 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin baş məşqçisi Robert Prosineçki Serbiyada fəaliyyət göstərən "Mozzart Bet" bukmeyker kontorunda 5 oyuna pul qoyuluşu edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı bunlar Danimarka çempionatında "Vendsistel" - "Kopenhagen" (qonaqların qələbəsi), Belçikada "Anderlext" - "Şarlerua" (üst), İspaniyada "Sevilya" - "Selta" (meydan sahiblərinin qələbəsi) və "Atletik" - "Betis" (üst), İngiltərədə "Mançester Siti" - "Mançester Yunayted" (qol-qol) matçları olub.

Bu kupona 10 min Serbiya dinarı (150 manat) məbləğində pul yatıran Prosineçki qalib gələcəyi halda, əmanətini 8,10 dəfə artıracaqdı və qazandığı məbləği Zablaçe şəhərindəki məktəbə humanitar yardım kimi bağışlayacaqdı.

Lakin onun təxmin etdiyi 5 görüşdən 3-ü düz gəlib. Yığmamızın baş məşqçisi "Anderlext" - "Şarlerua" matçı və Mançester derbisi ilə bağlı düzgün təxmin irəli sürməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.