İdman

"Geri çəkilən rəqibin qapısına yol tapmaq asan deyil"

28 Aprel 2017 11:45
22 Şərh     Baxış: 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının 26-cı turundan təxirə salınmış oyunda "Mançester Yunayted"i qəbul edən "Mançester Siti" 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 0:0.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra "Siti"nin baş məşqçisi Xosep Qvardiola qazanılan 1 xalı qənaətbəxş hesab edib.

"Hansı komandaya qarşı oynadığımızı unutmaq olmaz. Onlar iki təhlükəli vəziyyət yaratdılar. Buna görə nəticədən razıyam. "Yunayted"lə oynamağın nə qədər çətin olduğunu bilirəm. Bizim istedadlı futbolçularımız var. Amma böyük qüvvə ilə geri çəkilən rəqibin qapısına yol tapmaq asan deyil. Artıq mövsümün sonunda keçirəcəyimiz hər oyun bizim üçün final dəyərində olacaq. Qarşıda çətin oyunlar var. Yeganə qaneedici nəticə isə qələbədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.