İdman

Ronaldu təcavüzü gizlətmək üçün rüşvət verdi - ŞOK iddia- FOTO

27 Aprel 2017 23:42
5 Şərh     Baxış: 1 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kristianu Ronalde haqqında şok iddia ortaya atılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Almaniyanın "Der Spiegel" jurnalı ulduz oyunçunun gənc qıza təcavüz etdiyini gizlətmək üçün 375 min dollar ödədiyini yazıb.
 
Jurnal həmçinin Ronaldu və təmsilçisi Osorio de Kastro arasındakı yazışma mətnlərini də çap edib.
 
De Kastronun Kristianuya mesajı: "Vasitəçi deyir ki, qız şokdadı və çox ağlayır. Ancaq hələ ki, pul haqqında bir danışıq olmayıb"
 
Daha sonra təmsilçi 950 min dollar istədiklərini, ancaq məbləği aşağı salmaq üçün çalışacağını yazıb.
 
Bir müddət sonra isə Osario de Kastro danışıqların ümumi nəticəsi haqqında Ronalduya məlumat verib: "260 min avroya razılaşdıq. Bundan əlavə mənim danışdığım vasitəçiyə də bir az ödəməli olacağıq. Sənədləri yerbəyer edən hüquqşünasa da bir qədər pul verməliyik. Başa düşürəm ki, çox məbləğdi, ancaq mövcud vəziyyətdə ən yaxşı çıxış yolu budur".
 
Jurnal Ronaldunun öz imzası olan sənədləri də yazıya əlavə edib.
 
Qeyd edək ki, futbolçunun rüşvət verməsi isbat olunsa da, əvvəllər təcavüzlə bağlı hər hansı bir xəbərə heç vaxt rast gəlinməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.