İdman

Ən yüksək ödənişli qapıçılar - SİYAHI

27 Aprel 2017 19:24
0 Şərh     Baxış: 1 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yüksək ödənişli qapıçılarının adları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıya "Bavariya"nın qolkiperi Manuel Noyer başçılıq edir.

Hazırda dünyanın ən güclü qapıçısı hesab edilən Almaniya millisinin üzvünün illik maaşı 9 milyon avrodu. Onu yayda "Real"a keçəcəyi gözlənilən "Mançester Yunayted"li David De Xea izləyir. İlk "üçlüy"ü isə "Çelsi"nin çərçivə qoruyucusu Tibo Kurtua qapayır.
 
Ən yüksək ödənişli qapıçılar:
1. Manuel Noyer ("Bavariya") - 9 milyon avro
2. David De Xea ("Mançester Yunayted") - 6,8 milyon
3. Tibo Kurtua ("Çelsi") - 4,1 milyon
4. Canluici Buffon ("Yuventus") - 4 milyon
5. Klaudio Bravo ("Mançester Siti") - 3,8 milyon
6. Petr Çex ("Arsenal") - 3,6 milyon
7. Mark-Andre Ter Ştegen ("Barselona") - 3 milyon
8. Kevin Trapp (PSJ) - 2,6 milyon
9. Samir Handanoviç ("İnter") - 2,5 milyon

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.