İdman

Babel qadınla yaxalandı - FOTO

27 Aprel 2017 12:57
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Beşiktaş"ın yarımmüdafiəçisi Rayan Babel gecə həyatı ilə gündəmə gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu bir qadınla yaxalanıb.

Hazırda evli və 3 uşaq atası olan 31 yaşlı oyunçu dünən gecə bir xanımla restoranda yemək yeyib. Gecə saatlarında cütlük restoranı tərk edincə, kameraları görən Babel özünü itirib. Dərhal avtomobilinə doğru irəliləyən oyunçu restoran işçilərinə jurnalistlərə mane olmağı tapşırıb. Üzünü gizlədən qadın isə "çəkməyin, bu şəkli yayımlaya bilməyəcəksiniz" deyərək, avtomobilə minib.
 
Türkiyə mətbuatı bu hadisədən sonra Babelin həyat yoldaşının hansı reaksiya verəcəyini maraqla gözləyir.
 
Qeyd edək ki, Rayan Babel "Beşiktaş"a bu ilin əvvəlində "Deportivo"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.