İdman

15 aylıq fasilədən sonra - Möhtəşəm qayıdış - FOTO

27 Aprel 2017 10:07
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı tennisçi Mariya Şarapova diskvalifikasiya müddəti başa çatandan sonra ilk rəsmi matçında italyan Robert Vinçiyə qalib gəlib.

Milli.Az Bild-ə istinadən bildirir ki, qarşılaşma Qadın Tennis Assosiasiyasının (WTA) Almaniyanın Ştutqart şəhərində keçirdiyi "Stuttgart Open" çempionatında olub.

Matç 7:5, 6:3 hşesabla başa çatıb və tennisçilərin mübarizəsi 1 saat 43 dəqiqə davam edib.

WTA reytinqində 36-cı olan 34 yaşlı R.Vinçi rusiyalı tennisçiyə bu turnirə qatılmaq üçün "wild card" (xüsusi dəvətnamə) verilməsi, habelə Romadakı turniri sərt tənqid etmişdi.

15 aylıq diskvalifikasiyadan sonra karyerasını bərpa edən 30 yaşlı Şarapovaya "wild card" verilməsini polyak tenniçsi Aqneşka Radvanska və britaniyalı Endi Mürrey də tənqid ediblər.

2016-cı ilin iyununda Beynəlxalq Tennis Federasiyası (ITF)  M.Şarapovanı yasaq "meldonium" preparatından istifalə etməkdə suçlamış, 2  il müddətinə diskvalifikasiya etmişdi. Ötən ilin oktyabr ayında İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı tennisçinin cəza müddətini 15 ayadək azaltmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.