İdman

Şənbə günü üç kəmər uğrunda döyüş olacaq - VİDEO - FOTO

27 Aprel 2017 09:58
2 Şərh     Baxış: 2 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şənbə günü Londondakı "Uembli" stadionunda, tribunalardakı 90 min tamaşaçının qarşısında son ayların ən maraqlı boks qarşılaşması olacaq.

Milli.Az bildirir ki, ukraynalı boksçu Vladimir Kliçko ilə Britaniya boksunun yeni ulduzu Entoni Couşa qarşılaşacaqlar.

2012-ci ildə Olimpiya çempionu titulunu qazanan, sonra peşəkar boksa yönələn Coşua üçün bu qarşılaşma həyatının ən önəmli döyüşüdür.

Son 10 ildə superağır çəkidə dominion olan, amma son döyüşünü uduzan V.Kliçko da yalnız qələbəyə köklənib.

Beynəlxalq Boks Federasiyası (İBF) versiyası üzrə dünya çempionu Entoni Coşuanın dediyinə görə, Kliçkonu mütləq şəkildə məğlub edəcək.

Döyüş, sadəcə, İBF versiyası üzrə dünya çempionu titulu yox, həm də Ümumdünya Boks Assosiasiyasının (WBA) vakant qalmış superçempionu adı uğrunda olacaq.

27 yaşlı Entoni Coşuanın aktivində 18 döyüşdə nokautla 18 qələbə var. 1996-cı il Olimpiadasının qalibi, 41 yaşlı Vladimir Kliçko isə karyerası ərzində 64 qələbəyə (53 nokaut) nail olub, 4 döyüşdə məğlub olub.

Ekspertlərin əksəriyyəti hesab edirlər ki, Entoni İBF versiyasındakı dünya çempionu titulunu qorumaqla yanaşı, WBA Super və IBO versiyalarında da çempion kəmərini qazanacaq.

Bəzi ekspertlər isə tam əksinə, düşünürlər ki, britaniyalı Tayson Fyuriyə ilyarım əvvəl məğlub olmuş V.Kliçko təcrübəsinin hesabına titullarını geri qaytaracaq.

"Uembli"dəki döyüşün baş hakimi amerikalı Devid Fildsdir.

Referi karyerasına 2000-ci ildə başlamış Filds indiyədək 200 döyüşün hakimi olub. Onun hakimlik etdiyi son qarşılaşma mart ayında Rikki LopesPablo Kurs arasındakı döyüş idi.

Kliçko-Coşua matçının yan referiləri isə Don Trella (ABŞ), Nelson Vaskes (Puerto-Riko) və Stiv Vaysfelddir (ABŞ).

Dünən Vladimir Kliçko və Entoni Coşua açıq məşq keçiriblər.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

КЛИЧКО - ДЖОШУА

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.