İdman

"Xavi mənim düşmənimdir"

26 Aprel 2017 23:18
1 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino "Barselona"nın sabiq futbolçusu Xavinin fikirlərinə münasibət bildirib. Təcrübəli oyunçu Dele Allinin "Manchester City" klubuna transferini mümkün saymışdı. Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis əfsanəvi futbolçunu düşməni kimi təqdim edib.

"Xavinin elə vaxtıdır ki, boş-boş danışmağı xoşlayır. O, indi Dohada yaşayır. Xavi "Barselona"nın futbolçusu olub, mənim düşmənimdir. Mənə nifrət etdiyindən komandanın mübarizə ruhunu zəiflətməyə cəhd göstərir. Xavini yaxşı tanıyıram. "Espanyol"un baş məşqçisi olanda onunla çox qarşılaşmışam. Dünən Tyerri Anri ilə görüşüb 2009-cu ildə Xavinin hakimi aldatdığı epizodu yada saldıq. O, cərimə meydançasının daxilində özünü yerə atdı. Orda penalti yox idi. Amma İbrahimoviç penalti vurdu və "Barselona" qalib gəldi. Oyunun videotəkrarında həmin epizodda heç bir kobudluq görünmədi. Amma media onları müdafiə etməyə başladı ki, guya penalti doğru qərar imiş. Qoy olsun. Yalan yalanı gətirər. Bəlkə, Xavi elə "Manchester City"yə işləyir? Məncə, Qvardiola və Kompaniyə kömək etmək istəyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.