İdman

İbrahimoviçin yerinə "Real"lı

26 Aprel 2017 11:05
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçin yerinə hücumçu axtarışlarına başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,"qırmızı şeytanlar" "Real"ın ön xətt oyunçusu Alvaro Morataya "elçi düşüb".

"Mankunianlar"ın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən mövsümün sonunda Moratanı transfer etməyi tələb edib. Portuqaliyalı mütəxəssis forvardla telefon vasitəsilə söhbət də edib. Mourinyo Morataya bu mövsüm əsas heyətdə oynamaqla bağlı təminat verib. "Kral klubu"nda məhz Mourinyonun rəhbərliyi altında debüt edən İspaniya millisinin üzvü isə "Real" rəhbərliyi ilə komandadakı gələcək taleyini müzakirə etdikdən sonra konkret cavab verəcəyini söyləyib.
 
Qeyd edək ki, Alvaro Morata bu mövsüm La Liqada meydana çıxdığı 21 oyunda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.