İdman

"Neftçi"nin texniki məğlubiyyəti rəsmiləşdi, qollar silindi

25 Aprel 2017 14:46
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasının XXVII turunun "Zirə" - "Neftçi" oyununun taleyinə aydınlıq gəlib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, AFFA-nın İntizam Komitəsi aprelin 23-də keçirilmiş görüşdə yaşanan hadisəyə hüquqi qiymət verib.

Komitə gözlənilən qərarı rəsmiləşdirib və 2:2 hesabı ilə başa çatan qarşılaşmanın 68-ci dəqiqəsində legioner limitini pozan "Neftçi"yə texniki məğlubiyyət verib. Ruslan Abışovu Uqo Barqasla əvəzləyib, meydanda 4 yerli futbolçu saxlayan Elxan Abdullayevin bu səhvi "ağ-qaralar"a xal itkisi hesabına başa gəlib.
 
Bakılılar qazandığı 1 xalı texniki məğlubiyyət üzündən itirib. Nəticədə hesabında 30 xal olan "ağ-qaralar"ın aktivində 29 xal qalıb. "Zirə" isə əlavə 2 xal əldə edib. Artıq qəsəbə klubunun 34 deyil, 36 xalı var.
 
Matçın 2:2 hesablı nəticəsini ləğv edən AFFA-nın qərarına əsasən qollar da futbolçuların hesabından silinib, vərəqələr isə saxlanılıb. Məhz buna görə "Neftçi" 800 manat cərimələnib. Buna komandanın 5 oyunçusunun sarı vərəqə alması səbəb olub.

1

Qarabağ

27

18

5

4

44-13

59

2

Qəbələ

27

14

10

3

47-19

52

3

İnter

27

11

10

6

39-32

43

4

Zirə

27

9

9

9

26-26

36

5

Kəpəz

27

8

9

10

23-27

33

6

Sumqayıt

27

8

8

11

26-34

32

7

Neftçi

27

9

2

16

23-43

29

8

AZAL

27

1

7

19

13-47

10

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.