İdman

Azərbaycan millisi üçün uğurlu reytinq

24 Aprel 2017 13:53
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını yeniləyib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionatının yekunlarına əsasən müəyyənləşən cədvəl Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, qitənin ən güclüsü adını qazanan Hidayət Heydərov 73 kq çəki dərəcəsində 16 pillə irəliləyib. O, 7-ci yerə yüksəlib. Bu siyahıya son aylarda olduğu kimi, yenə Rüstəm Orucov başçılıq edir. Olimpiya mükafatçımız Avropa çempionatında bürünc qazanmaqla yerini daha da möhkəmlədib.
 
Çempionatı 3-cü yerdə bitirən Orxan Səfərov (60 kq) da liderliyini qoruyub. Avropa çempionumuz Elxan Məmmədov (100 kq) isə mövqeyini daha da yaxşılaşdırıb. Həmyerlimiz 2 rəqibini arxada qoymaqla, 4-cü yerə qalxıb. Polşada keçirilən yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxan millimizin təcrübəli idmançısı Nicat Şıxəlizadə (66 kq) də cəmi 3 cüdoçudan geri qalır. O, 1 pillə yuxarı qalxıb.
 
Digər aparıcı cüdoçularımıza gəlincə, Uşanqi Kokauri (+100 kq) 1, Tural Səfquliyev (90 kq) 4 rəqibini qabaqlayıb. Onlar müvafiq olaraq, 18-ci və 23-cüdü. Elmar Qasımov (100 kq) yenə 1-ci, Rüfət İsmayılov (81 kq) 15-cidi. Xanım cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) da xal hesabını artırmaqla, 30-cu yerə qalxıb.
 
Onlardan fərqli, Məmmədəli Mehdiyev (90 kq) 1, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 3 pillə aşağı düşüblər. Onlar müvafiq olaraq, 12-ci, 29-cu və 62-ci yerə eniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.