İdman

IV İslam Həmrəyliyi Oyunlarını bir milyarddan çox tamaşaçı izləyəcək

22 Aprel 2017 22:07
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. Əllidən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.

İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.