Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.
Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib.
Onun sözlərinə görə, Tarkan Bakıda 23 iyun tarixində çıxış edəcək:
"Bilet alan insanlar üçün konsert proqramı olacaq. Onlar Tarkanın ən sevilən və yeni albomundan olan mahnılarını dinləyəcəklər. Tarkan tam konsert proqramı ilə 2 saat səhnədə çıxış edəcək".
N.Arpadarai qeyd edib ki, növbəti iki ulduzun adı 10 gün ərzində açıqlanacaq.
Milli.Az