İdman

"Ayaks" 20 illik həsrətə son qoydu

21 Aprel 2017 13:15
0 Şərh     Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ayaks" UEFA Avropa Liqasının 1/4 finalında "Şalke"ni mübarizədən kənarda qoyub. Amsterdam klubu səfərdə 10 nəfərlə qalsa da, 2 qol vurmaqla (2:3) əzmkarlıq göstərib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Ayaks" 1997-ci ildən sonra ilk dəfə Avrokuboklarda yarımfinala çıxıb. 20 il öncə Çempionlar Liqasında yarımfinal oynayan amsterdamlılar hər iki görüşdə "Yuventus"a uduzmuşdu - 1:2, 1:4.

Qeyd edək ki, "Şalke" ilə görüşdə "Ayaks"ın start heyətində 18 yaşından aşağı 2 futbolçu yer alıb. Bu, 2009-cu ildən sonra Avrokubokların əsas mərhələsində bir ilkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.