İdman

"Bu turnirin nə qədər çətin olduğunu gördük"

21 Aprel 2017 13:25
0 Şərh     Baxış: 459

"Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində "Anderlext"i mübarizədən kənarlaşdırmaqla yoluna davam edir.

"Qırmızı şeytanlar"ın Belçika təmsilçisi ilə cavab oyunu heç də asan keçmədi, Markos Roxo və Zlatan İbrahimoviç zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo bunları deyib:

"Biz rəqibin qapısına 17 zərbə endirdik, 10-u çərçivəyə getdi. Amma oyun ağır oldu. Statistikanı götürsək, tam üstünlüyə mlik olduğumuzu demək olar. Lakin heç də belə deyil. Premyer Liqadan Çempionlar Liqasına çıxa bilməsək, bütün gücümüzü Avroliqaya yönəldəcəyik. Bu turnirin nə qədər çətin olduğunu gördük. Yarımfinalda da bizə asan olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.