İdman

İki cüdoçumuz Avropa çempionatında medal qazandı

20 Aprel 2017 22:56
0 Şərh     Baxış: 583

Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start verilib.

Milli.Az bildirir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının dörd üzvü tatami üzərinə çıxıb. Onlardan ikisi aktivinə medal yazdırıb. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, aprelin 21-də daha üç cüdoçumuz - Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.