İdman

"Yarımfinala çıxmağa "Yuventus" layiq idi"

20 Aprel 2017 19:24
1 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın müdafiəçisi Jerar Pike komandasının Çempionlar Liqasının 1/4 finalında "Yuventus" səddini keçə bilməməsindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon futbolçu qarşıdakı "El Clasico"ya da toxunub.

"Onlar əla komanda qurublar. Hər iki oyunun nəticəsinə əsasən bizdən daha yaxşı təsir bağışladılar. Yarımfinala çıxmağa "Yuventus" layiq idi. Onlar çempion ola bilərlər. Rəqib italyan klubu olduğundan müdafiəni necə qurmaq lazımdır bilir. Turnirdə mübarizədən kənarda qalmaqla barışmaq çətindir. "Real"la oyun? "Santiago Bernabeu"ya döyüşüb qalib gəlmək üçün gedəcəyik. Son illər orda yaxşı oynayırıq. Ən yaxşı formada olmasaq belə, qalib gələ bilərik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.