İdman

"O, futboldan kənarda durmamalıdır"

21 Aprel 2017 08:52
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın sabiq futbolçusu Qeorqe Hacı "Roma"nın kapitanı Françesko Totti barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis bunları deyib:

"Totti qeyri-adi fantastik futbolçudur. O, gənc nəslə futbol sevgisinin nə olduğunu göstərir. Totti bir sıra "tərs" oyunçuların olduğu futbol aləmində cəmiyyətə nümunədir. O, futboldan kənarda durmamalıdır. Françesko bu gün meydanda baş qəhrəmandır. Sabah isə gənclərə əfsanə olmağın yolunu öyrətməlidir. Totti karyerasını bitirəndən sonra məşqçilik etməlidir. Françesko fəaliyyətini idman direktoru kimi davam etdirsə, ola bilsin, gələcəkdə Romadan növbəti Totti çıxar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.