İdman

Avropa çempionatı: İlk gündə 4 cüdoçumuz mübarizəyə başlayır

20 Aprel 2017 09:18
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatına start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ilk günündə fərdi mübarizədə 4 azərbaycanlı cüdoçu tatamiyə çıxacaq.

Kişilər
60 kq
Bu çəki dərəcəsində ölkəmizi Orxan Səfərov təmsil edəcək. Turnirə 1/8 finaldan start verəcək Səfərovun ilk rəqibi Matyaz Trboviç (Slovakiya) / Moritz Plakfi (Almaniya) cütünün qalib olacaq.
 
66 kq
Qitə birinciliyinin ilk günündə gücünü sınayaq ikinci idmançımız isə Nicat Şıxəliyev olacaq. Çempionata 1/16 finaldan başlayacaq idmançımız ilk olaraq almaniyalı Manuel Şeybeli yolundan kənarlaşdırmalıdı.
 
Qadınlar
48 kq
Aişə Qurbanlı 1/16 finalda türkiyəli Gülkader Şentürk ilə üz-üzə gələcək.
 
52 kq
Bu çəkidə yarışan Nəzakət Əzizova da 1/16 final mərhələsində macarıstanlı Reka Pupp ilə üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.