İdman

Haci yenidən "Qalatasaray"da

18 Aprel 2017 14:05
0 Şərh     Baxış: 1 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın keçmiş futbolçusu və baş məşqçisi Georgi Haci ilə yolları yenidən kəsişir.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, rumın mütəxəssis İstanbul klubuyla uşaq futbolu sahəsində əməkdaşlıq edəcək.

Yeni layihədə Hacinin Rumıniyadakı futbol məktəbi "Qalatasaray"ın nəzdində fəaliyyət göstərəcək. Türkiyədə oynamaq şansı qazanmayan "sarı-qırmızılı" futbolçular rumın əfsanənin sahibi olduğu "Vitorul" klubunda forma geyinərək təcrübə qazanacaq.

Haci, həmçinin "Qalatasaray"ın transfer siyasətində də birbaşa iştirak edərək kluba öz xeyirini verməyə çalışacaq.

"Qalatasaray" rəhbərliyi Seneqal və Xorvatiyada da eyni layihəni həyata keçirmək niyyətindədi. Bu məqsədlə yerli klublarla danışıqlar başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.