İdman

"Bavariya" "Real"a, "Atletiko" "Lester"ə qarşı

18 Aprel 2017 09:15
2 Şərh     Baxış: 556

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə "Real" - "Bavariya" və "Lester" -  "Atletiko" oyunları keçiriləcək.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət "kral klubu"nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də "Real"ı qane edəcək. "Bavariya" yola davam etmək istəyirsə, "Santyaqo Bernabeu"da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidi. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq. "Bavariya"nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.
 
Ötən həftəsonu La Liqada "Sportinq Xixon"la qarşılaşan "Real" ehtiyat qüvvə ilə meydana çıxsa da, 3:2 hesablı qələbə qazanıb. "Bavariya" isə Bundesliqanın XXIX turu çərçivəsində səfərdə "Bayer"lə qolsuz heç-heçə edib.
 
Günün digər matçında "Atletiko" "Lester"in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. "Lester" vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdı. Çünki "Atletiko"nun səfərdə vuracağı 1 qol "Lester"in işini daha da çətinləşdirəcək. Belədə "tülkülər"ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.
 
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
 
22:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Viktor Kaşşai (Macarıstan)
İlk oyun - 2:1
 
22:45. "Lester" (İngiltərə) - "Atletiko" (İspaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk oyun - 0:1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Bakılı · 18 Aprel 09:2722

    Uğurlar Real

    Cavab yaz
  • Anonim
    qazxli · 18 Aprel 13:1421

    hec ugur olasi reyala

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.