İdman

"Qəbələ"nin sabiq çalışdırıcısından uğursuz debüt

17 Aprel 2017 10:36
0 Şərh     Baxış: 333

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams "Granada"nın sükanı arxasında futbol üzrə İspaniya La Liqasında debüt edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, XXXII turun "Selta" ilə ev oyunu Adamsın komandasının böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 0:3. 

Bu məğlubiyyətdən sonra "Granada" 20 xalla 19-cu pillədə qalıb. Bu komandanı sona 6 tur qalmış La Liqadan enməməyə imkan verən 17-ci pillədən 7 xal ayırır.

Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Real Madrid" başçılıq edir. "Barcelona" 72 xalla 2-ci, "Atletico" 65 xalla 3-cüdür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.